“Fənərbaxça”nı məğlub edib, ikinci oldu – keçmiş “Bakı”lı
Türkiyə Super Liqasının 26-cı turunda “Konyaspor” “Fənərbaxça”nı məğlub edib.
Komanda.az xəbər verir ki, 1:0 hesabıyla bitən görüş “Konyaspor”un baş məşqçisi Bülənt Qorxmaz üçün əlamətdar olub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Belə ki, Qorxmaz, “Fənərbaxça”nı bir mövsümdə iki fərqli komandayla məğlub etməyi bacaran ikinci məşqçi olub. 51 yaşlı mütəxəssis mövsümün ilk dövrəsində “Antalyaspor”la “Fənərbaxça”nı 1:0 hesabıyla məğlub etmişdi.
Bir mövsümdə iki fərqli komandayla “Fənərbaxça”nı məğlub edən ilk baş məşqçi isə Yılmaz Vuraldır. Vural, 1997/98 mövsümündə “Trabzonspor” və “Gənclərbirliyi” ilə “bülbüllər” üzərində qələbə qazanmışdı.
Bülənt Qorxmaz 2009/10 mövsümündə “Bakı”nın baş məşqçisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin