10 aylıq küsülülük bitdi – Üzr istədilər

PSJ-nin hücumçuları Lionel Messi və Neymar Çempionlar Liqasında “Bayern”lə matçın ardınca (0:1) 10 aydan sonra ilk dəfə Paris klubunun azarkeşlərinə yaxınlaşıblar.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, görüşün sonunda argentinalı və braziliyalı hücumçular azarkeşlərin tribunasına çıxaraq, üzr istəyiblər və onlara verdikləri dəstəyə görə təşəkkür ediblər. Markinyos, Vitinya, Danilo Pereyra və Serxio Ramos da azarkeşlərə yaxınlaşıb.

Məlumatda bildirilir ki, Messi və Neymar 10 ay ərzində azarkeşlərə yaxınlaşmayıblar. Onların fanatlarla münasibətlərindəki gərginlik 2022-ci ilin martında, Fransa Liqa 1-də “Bordo” ilə matçdan sonra başlayıb. Həmin oyunda PSJ azarkeşləri başda Messi və Neymar olmaqla bütün futbolçuları fitə basıblar. Buna Paris klubunun Çempionlar Liqasının pley-off mərhələsində “Real”a uduzması səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button