1 “qırmızı”, 4 oyunluq cəza, 240 manat cərimə
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
Birinci divizionun 26-cı turunun “Kəpəz” – “Sabah-2” oyununda “Kəpəz” klubunun futbolçusu İbrahim Qədirzadə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
“Kəpəz” klubunun futbolçusu Bəhruz Teymurov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 240 manat cərimə olunur.
“Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
26-cı turun “Şamaxı-2” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
MOİK klubunun futbolçusu Həsrət Mürsəlov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
26-cı turun “Sumqayıt-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandası vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur.
Bizi Facebook-da izləyin