1 milyon avro maaş+1 illik müqavilə təklifi – Dieqo Koştaya
Dieqo Koşta vaxtilə icarə əsasında çıxış etdiyi “Rayo Valyekano” ilə danışıqlar aparır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, futbolçuya bonuslar istisna olmaqla, illik 1 milyon avro maaşla, bir illik müqavilə təklif olunub. 33 yaşlı forvard hazırda azad agent statusundadır.
Koştanın son iş yeri Braziliya “Atletiko Mineyro”su olub. O, bu komandanın heyətində 15 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin