1-ci və 2-ci divizionda iştirak edəcək komandalar dəqiqləşib
Futbol üzrə Azərbaycanın 1-ci və 2-ci divizionunda 2023/2024 mövsümündə iştirak edəcək komandalar dəqiqləşib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, çempionatlarda müvafiq olaraq 10 və 12 klub mübarizə aparacaq.
1-ci divizionda “Şamaxı”, “Qaradağ Lökbatan”, MOİK, “Mingəçevir”, “Zaqatala”, “İrəvan”, “İmişli”, “Difai Ağsu”, “Araz Saatlı” və “Karvan” qüvvəsini sınayacaq.
Yenicə təsis olunan 2-ci divizionda isə “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz” komandaları iştirak edəcəklər.
1-ci divizion və 2-ci divizionda çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunub.
Bizi Facebook-da izləyin