1-ci Liqada pley-offun nominal meydan sahibi müəyyənləşib

Azərbaycan 1-ci Liqasında pley-offun nominal meydan sahibi müəyyənləşib.

Komanda.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə keçirilən mərasimdə PFL-in, “Difai” və “Hypers Guba” klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Difai” klubun prezidenti Asəf Məlikov, “Hypers Guba” klubun prezidenti Ayaz Abdullayev ilə təmsil olunub. Püşkatmaya əsasən “Difai” nominal meydan sahibi olub.

1-ci Liqa uğrunda pley-off qarşılaşması 28 may tarixində “ASCO Arena”da keçiriləcək. Oyun saat 16:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button