1-ci Liqada pley-off oyununun vaxtı bəlli oldu

Azərbaycan 1-ci Liqasında pley-off oyununun vaxtı bəlli olub.

Komanda.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, 2025/2026 mövsümündə 1-ci Liqada çıxış etmək uğrunda cari mövsüm 1-ci Liqada 9-cu yeri tutmuş “Difai” ilə 2-ci Liqada 4-cü olmuş “Hypers Quba” üz-üzə gələcəklər.

Qarşılaşma mayın 28-də, saat 16:00-da “ASCO Arena”da keçiriləcək.

Bununla əlaqədar mayın 26-da, saat 11:00-da AFFA-nın inzibati binasında görüş baş tutacaq. Tədbirdə oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.

2025/2026 mövsümündə 2-ci liqada iştirak etmək uğrunda pley-off oyunu ilə bağlı daha sonra məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button