
1-ci liqa və əvəzedicilərin çempionatı ilə bağlı limit açıqlanıb
Futbol üzrə Azərbaycan 1-ci liqa və əvəzedicilərin çempionatının başlama tarixləri, həmçinin, oyunçu limitləri bəlli olub.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1-ci liqa 13 sentyabrda start götürəcək.
Bu turnirdə futbolçu limiti 8+3 (8 azərbaycanlı, 3 legioner) olacaq.
Əvəzedicilərin yarışı Premyer Liqanın startından bir gün sonra – 5 avqustda başlayacaq. Burada isə limit 7+4 (7 yerli futbolçu 2002 və ya daha gənc təvəllüdlü), 4 futbolçu sərbəst (4 futbolçu arasında legionerin yer almasına da icazə verilib) olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin