
1-ci Liqa klubunda 4 ayrılıq – İkisi “İmişli”yə üz tutdu
“Qaradağ Lökbatan” 4 futbolçusu ilə yollarını ayırıb.
Komanda.az-ın əldə etdiyi məlumata görə, 1-ci Liqa təmsilçisi qapıçılar – Əmrah Zülfüqarlı və Məmməd Qurbanovla vidalaşıb.
Bundan başqa, Murad Qayalı və Xəlil Bəşirov da “Qaradağ Lökbatan”dan ayrılıb. Onların yeni klubu da artıq məlumdur. Hər iki futbolçu 1-ci Liqanın digər klubu olan “İmişli”yə üz tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin