
1-ci Liqa klubu “Turan Tovuz”dan qovulan futbolçunu bəyənmədi
Vaxtı ilə Portuqaliyanın “Sportinq” klubunun düşərgəsinə gedib çıxmış Budaq Nəsirov karyerasını davam etdirməyə komanda tapa bilmir.
Komanda.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı futbolçu 1-ci Liqa komandası “Qaradağ Lökbatan”a təklif edilib. Amma klub rəhbərliyi Nəsirovun xidmətində maraqlı olmayıb.
Nəsirov son olaraq “Turan Tovuz”da, əvəzedici komandada çıxış edib. Amma futbolçunun “Səbail-2” ilə matçda komanda yoldaşını vurmasından sonra Tovuz klubu onunla yollarını ayırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin