1-ci Liqa klubu polisə görə cərimə olundu

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci Liqa oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Birinci Liqanın 2-ci turunun “Qaradağ Lökbatan” – “Qəbələ” oyununun 51-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Tunar Mütəllimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Qəbələ” oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

Birinci Liqanın 2-ci turunun “Difai” – “İmişli” oyununun matçöncəsi iclasında “İmişli” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “İmişli” klubu 80 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button