1-ci Liqa klublarının cəzaları açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci Liqanın 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

4-cü turun “Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” klubu 210 manat cərimə edilib.

4-cü turun “Şəfa” – MOİK oyununda MOİK komandasında 5 nəfər sarı vərəqə aldığı üçün MOİK klubu 210 manat cərimə edilib.

“Şəfa” – MOİK oyununun 38-ci dəqiqəsində MOİK komandasının 2 nömrəli futbolçusu Hüseyn Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, MOİK klubu 150 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button