“Sabah”ın səfər matçının yeri dəyişdirildi
1-ci divizionun 4-cü turunun MOİK – “Sabah-2” oyununun keçirilmə yeri dəyişdirilib.
Komanda.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb. Qarşılaşma Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda deyil, “ASCO Arena”da olacaq.
Oktyabrın 30-da keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin