“Qəbələ” xahiş etdi, “Keşlə” ilə matçın vaxtı dəyişdi

1-ci divizionun 3-c turu çərçivəsində sentyabrın 28-də keçirilməli olan “Qəbələ-2” – “Keşlə-2” matçının vaxtı dəyişdirilib.

Komanda.az xəbər verir ki, oyun oktyabrın 4-nə salınıb. Bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

“Qəbələ” U-19 komandasının UEFA Gənclər Liqasına daha yaxşı hazırlaşması məqsədi ilə “Qəbələ” klubunun müraciəti, “Keşlə”nin rəsmi razılığı əsasında “Keşlə-2” – “Qəbələ-2” oyunu 28 sentyabr tarixindən 4 oktyabr tarixinə keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button