Liderdən növbəti qələbə

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 20-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşmanın keçirilməsi nəzərdə tutulsa da, bunlardan üçü baş tutub.

“Şamaxı-2” – “Mingəçevir” oyunu qonaq komandanın avtobusunun qəzaya uğraması səbəbindən təxirə salınıb. “Zirə-2” doğma meydanda “Qəbələ”nin əvəzedicilərinə, “Zaqatala” isə “Neftçi”nin ikinci komandasına uduzub. “Kəpəz”in əvəzediciləri də MOİK-lə ev oyununda 4 cavabsız qola sevinib.

Sonuncu oyun günündə üç görüş baş tutub. “İmişli” doğma meydanda “Qaradağ Lökbatan”ı tək qolla üstələyib. “Qarabağ”la “Səbail”in əvəzediciləri arasındakı oyunda da meydan sahibləri inamlı qələbəyə seviniblər. Lider “Araz Naxçıvan” isə səfərdə “Sumqayıt”ın ikinci komandasına qalib gəlib.

Birinci divizion, 20-ci tur

7 mart

Zirə-2 – Qəbələ-2 2:4
Qol
: Zöhrab Əsədov, 11. Samir Ağayev, 77 – Hüseyn Mürsəlov, 15. Sənan Ağalarov, 22; 57. Salman Ələsgərov, 90+5-pen.
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Sevda Nuriyeva, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
“ASK Arena”, 13:00

Kəpəz-2 – MOİK 4:0
Qol
: Elnur Cəfərov, 38. Samir Məhərrəmli, 42. Nicat Məmmədov, 54. Oqtay Məmmədov, 76.
Hakimlər: Səbuhi Bayramov, Ruslan Quliyev, Aydın Bəxşiyev, Əkbər Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00

Şamaxı-2 – Mingəçevir (təxirə salınıb)
Hakimlər: Əli Əliyev, Anar Bədəlov, Sənan Atayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu, 15:00

Zaqatala – Neftçi-2 1:3
Qol
: Cəlal Cəbrayılov, 63 – Oruc Məmmədov, 45+2. Həbib İsmayılov, 52. Elşad Tağıyev, 81.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Zakir Şükürzadə, Murad Səlimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala OİK stadionu, 15:00

8 mart

İmişli – Qaradağ Lökbatan 1:0
Qol
: Comərd Baxşəliyev, 77.
Hakimlər: İslam Məmmədov, Elman Kərimov, Orxan İbişov, Rəsul Babayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Saatlı OİK stadionu, 15:00

Qarabağ-2 – Səbail-2 2:0
Qol
: Nurlan Şabanov, 73; 78-pen.
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Kamran Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Binə qəsəbə stadionu, 15:00

Sumqayıt-2 – Araz Naxçıvan 1:3
Qol: Alya Ture, 54 – Ege Atlam Adnan, 41. Fəhmin Muradbəyli, 47. Orxan Əliyev, 77.
Hakimlər: Emin Əliyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sumqayıt şəhər stationu (ehtiyat meydança), 15:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button