1/8 finalın püşkü atıldı: “Çelsi” “Liverpul”la…

Futbol üzrə İngiltərə Federasiya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, Federasiya kubokunun son qalibi “Mançester Siti” bu mərhələdə “Şeffild Uensdey” ilə, “Arsenal” “Portsmut”la qarşılaşacaq.

1/16 finalda qarşılaşdığı “Şrusberi”ni bir oyuna mübarizədən kənarlaşdıra bilməyən “Liverpul” bu rəqibini keçə bilsə, 1/8 finalda “Çelsi” ilə üz-üzə gələcək.

1/8 final oyunlarının dəqiq tarixi 1/16 finalın təkrar görüşləri ilə əlaqədar, hələlik müəyyənləşməyib.

İngiltərə Federasiya kuboku, 1/8 final

Şeffild Uensdey – Mançester Siti

Ridinq/Kardiff Siti – Şeffild Yunayted

Çelsi – Liverpul/Şrusberi

Vest Bromviç – Nyukasl/Oksford

Lester – Koventri/Birmingem

Northempton/Derbi – Mançester Yunayted

Sauthempton/Tottenhem – Norviç

Portsmut – Arsenal

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button