1/8 finalçılar səbətlərə bölündü – ÇL

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması dekabrın 14-də keçiriləcək.

Komanda.az xəbər verir ki, tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Püşkatmada iştirak edəcək 16 komanda iki səbətə bölünəcək. Qrup mərhələsinin 8 qalibi səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər sırasında yer alacaq.

Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcək.

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab görüşləri martın 9-10-da və 16-17-də keçiriləcək.

Səpələnmişlər
Bavariya (Almaniya)
Mançester Siti (İngiltərə)
Liverpul (İngiltərə)
Çelsi (İngiltərə)
Borussiya (Dortmund, Almaniya)
Yuventus (İtaliya)
PSJ (Fransa)
Real (İspaniya)

Səpələnməmişlər
Portu (Portuqaliya)
Atalanta (İtaliya)
Sevilya (İspaniya)
Latsio (İtaliya)
Barselona (İspaniya)
Leyptsiq (Almaniya)
Atletiko (İspaniya)
Borussiya (Münhenqladbax, Almaniya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button