
1/4 finalçılar bəlli oldular
İngiltərə kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Nottingem Forest” evdə “İpsviç Taun”la qarşılaşıb. Oyunun taleyini penaltilər həll edib. Yekunda 1/4 finala “Nottingem Forest” vəsiqə qazanıb.
Beləliklə, 1/4 finalda “Bornmut” “Mançester Siti” ilə, “Fulhem” “Kristal Pelas”la, “Preston” “Aston Villa” ilə, “Nottingem Forest” isə “Brayton”la üz-üzə gələcək. Bu mərhələnin oyunları martın sonunda keçiriləcək.
İngiltərə kuboku
1/8 final
3 mart
Nottingem Forest – İpsviç Taun 1:1 (penaltilər 5:4)
Qollar: Yates, 68 – Herst, 53.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin