“Premyer Liqanın ən yaxşı komandası “Liverpul”dur” – Valverde

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Liverpul”a 0:4 hesabı ilə məğlub olan “Barselona”nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, məğlubiyyətə bəhanə tapa bilmədiyini deyib:

“Liverpul” oyuna sürətli hücumlarla başladı, bunu gözləyirdik. İlk qolu vurduqdan sonra daha da cəsarətləndilər, motivasiya oldular. O qol bizi zehni cəhətdən də geri saldı. Luis Suaresin 2:0-dan əvvəl çox vacib fürsəti vardı, qol vura bilsəydik, fərqli olardı. İkinci qoldan sonra komanda dağıldı, çünki ardınca üçüncü qol vuruldu. Bu qollardan sonra oyundan qopduq. Biz də epizodlar yaratdıq, amma dəyərləndirə bilmədik. Futbolçularıma “ötürmə verin, tempi düşürün” deyirdim, amma bunu bacara bilmədilər.

Dördüncə qolda nə baş verdiyini başa düşə bilmirəm. Premyer Liqanın ən yaxşı komandası “Liverpul”dur və möhtəşəm bir uyğunluqla qol vurdular. Buraxdığımız bütün qollar bir-birinin nəticəsində gəldi. Tək-tək bütün səhvlərə baxa bilmərik. Bəhanəmiz yoxdur. “Liverpul” bizdən çox daha yaxşı idi və 4:0 məğlub etdi”.

Keçən il “Roma” məğlubiyyətinə toxunan ispan mütəxəssis, vəzifəsindən göndərilib-göndərilməyəcəyi haqqında da danışıb:

“Romada yaşadığımızın oxşarını “Liverpul” qarşısında da yaşamağımız daha böyük acı verir. 0:4 hesabıyla məğlub olmağımız, bəhanə axtarmağa da imkan vermir.

Bu nəticənin mənə necə təsir edəcəyini bilmirəm. Düşünəcək başqa şeylər var. Bu nəticələrdə baş məşqçi ilk olaraq günahlandırılan insandır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button