4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu
“Genk” Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Napoli”yə məğlub olub.
Komanda.az xəbər verir ki, 0:4 hesabıyla bitən matç Belçika təmsilçisinin futbolçusu Marten Vandevoort üçün əlamətdar olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Napoli” ilə matçda “çərçivə”ni qoruyan 17 yaşlı futbolçu Çempionlar Liqası tarixində bir oyunda start heyətdə meydana çıxan ən gənc qapıçı olub. O, “Napoli” ilə matçda 17 yaş 9 aylıq idi.
Bundan əvvəlki rekord isə 2016/17 mövsümündə “Benfika”nın “çərçivə”sini qoruyan Svilara aid idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin