Avropa Liqasının ən “sakit” komandası

UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Arsenal”a (İngiltərə) 0:3 hesabı ilə məğlub olan “Dandalk” turnirin tarixinə keçib.

Komanda.az xəbər verir ki, İrlandiya klubunun heç bir futbolçusu oyun ərzində qayda pozuntusuna yol verməyib. Bununla da, komanda Avropa Liqası tarixində bir oyunda qaydanı pozmayan ilk klub kimi turnirin tarixinə keçib.

“Dandalk” qrup mərhələsində keçirdiyi iki oyunda xal hesabını aça bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button