“0:3 hesabı ilə uduzmağa layiq deyildik” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi “Tottenhem”ə qarşı Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 52 yaşlı mütəxəssis 0:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik. Xeyli sayda qol vurmaq imkanlarımız oldu. Futbolçularıma çox iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər”.

Baş məşqçi matçdan əvvəl komandanın tıxacda qalmasının nəticəyə təsir etdiyini söyləyib: “İki saat yarım yol gəlmişik. Bu, istər-istəməz futbolçuların konsentrasiyasını pozdu. Ancaq bunu səbəb kimi göstərmək istəmirəm. Yenə də belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır. Stadiona çatdıqdan sonra deyildi ki, 40 dəqiqə sonra oyun başlamalıdır. Matça normal hazırlaşa bilmədik. Tıxacda qalmağımızın nəticəyə təsiri böyük oldu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button