“Səbail”in futbolçusu Türkiyədə əməliyyat olundu FOTO

“Səbail”in qapıçısı Aleksandr Rıbka Türkiyənin Ankara şəhərində əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə ukraynalı futbolçu özü məlumat verib. O, şəxsi “İnstagram” hesabında əməliyyatdan sonrakı fotosunu paylaşıb. Rıbka artıq evə buraxılıb.

Rıbka Azərbaycan Premyer Liqasının 26-cı turunun “Qəbələ” ilə oyununda (2:1) dizindən zədələnmişdi.

Qolkiper bir neçə gün əvvəl “Səbail”lə yeni – 2 illik müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button