Nəbiyev qol vurdu, komandası liderliyə yüksəldi
Çexiyanın futbol üzrə gənclər liqasında 2-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. “Slaviya” “Vltavin”i qəbul edib və 4:1 hesablı qələbə qazanıb.
Fərid əsas heyətdə yer alıb və 87-ci dəqiqədə əvəzlənib. Nəbiyev 58-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, onun yeni mövsümdə ilk qolu olub.
Bu qələbədən sonra xalını 6-ya çatdıran “Sparta”nın B komandası turnir cədvəlində liderliyə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin