Azərbaycan millisinin rəqibi Trinidad Tobaqo ilə qarşılaşacaq
AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığması yoxlama oyunu keçirəcək.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Rayan Giqqzin baş məşqçisi olduğu Uels millisi Trinidad Tobaqo yığması ilə qarşılaşacaq. Oyun martın 20-də, Uelsin Reksem şəhərində keçiriləcək.
Uels millisi AÇ-2020-nin qrup mərhələsində ilk oyununu martın 24-də, evdə Slovakiyaya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin