
Azərbaycan millisinin oyunları “Dalğa Arena”da
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının 2021-ci il Avropa çempionatının seçmə mərhələsindəki növbəti oyunlarının stadionu müəyyənləşib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, sentyabrın 6-da Slovakiya, sentyabrın 10-da isə Gürcüstan yığması ilə oyunlar “Dalğa Arena”da keçiriləcək.
Azərbaycan millisi ilk oyunda səfərdə Lixtenşteynə 0:1 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin