AFFA məğlub millinin futbolçularına pul paylayıb?!

Bir neçə gün əvvəl futbol üzrə Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya, yoxlama oyununda isə Litva yığması ilə üz-üzə gəldi. Millimiz xorvatlarla səfər oyununda uduzdu (1:2), Litva ilə Bakıdakı görüşdə qolsuz heç-heçə etdi.

Komanda.az xəbər verir ki, AFFA-nın bu iki oyuna görə milli komandanın hər bir üzvünə 5 min manat mükafat verdiyi barədə məlumatlar yayılıb. (qol.az)

Məlumat AFFA tərəfindən rəsmi olaraq təsdiqlənməyib. Amma əvvəlki dövrlərdə Azərbaycan millisinin keçirdiyi oyunlarda məğlub olmasına baxmayaraq, futbolçulara pul mükafatlarının verilməsinə dair nümunələr çoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button