Əzizovun komandası mövsümü heç-heçə ilə başa vurdu
Futbol üzrə Hollandiya ikinci liqasında mövsümə yekun vurulub.
Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “NEK Neymegen” də sonuncu matçına çıxıb. Sözügedən kollektiv 38-ci tur çərçivəsində səfərdə “Maastrixt”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“NEK Neymegen” mövsümü 58 xalla, 20 iştirakçı arasında 9-cu pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin