“Əvvəldən bilirdik ki…” – Ranqnik
“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atletiko”ya məğlubiyyəti (0:1) şərh edib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ranqnik ikinci hissədə yaxşı oynamadıqlarını bildirib:
“Düşünürəm ki, ilk hissəni çox yaxşı keçirdik. Çox enerjili oynadıq. Qol vurmaq üçün imkanlarımız oldu, amma bacarmadıq. Fasilədən sonra ritmi saxlaya bilmədik. “Atletiko”nun nə qədər yaxşı müdafiə oluna biləcəyini bilirdik. Əvvəldən bilirdik ki, bu komanda ilə görüşdə ilk növbədə qol vurmaq lazımdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin