Əvvəlcə koronavirusa yoluxub, sonra depressiyaya düşüb
“Atalanta”nın futbolçusu Papu Qomes depressiyaya düşdüyü üçün keçən mövsümün sonunu buraxan komanda yoldaşı Yosip İliçiç barədə açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Qomes, İliçiçin depressiyadan əvvəl koronavirusa yoluxduğunu açıqlayıb:
“İliçiç koronavirusa yoluxdu. Ardınca o, depressiyaya düşdü. Hər şeyin bir anda baş verdiyi zaman olur. İndi isə o, yaxşıdır”.
Depressiya yaşadığı deyilən sloveniyalı futbolçu avqustun əvvəllərində komandadan ayrılaraq, ölkəsinə getmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin