Əvvəl geri qayıdacaqlar, sonra yenə göndəriləcəklər
“Mançester Yunayted”in müdafiəçiləri Erik Bayi və Aleks Telles yayda icarədən kluba qayıdacaqlar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra hər iki futbolçunun yenidən klubu tərk edəcəyi gözlənilir. “Mançester Yunayted” onları yenidən icarəyə göndərmək variantlarını nəzərdən keçirəcək.
30 yaşlı Telles 2022/23 mövsümündə “Sevilya”da çıxış edir. O, bütün yarışlarda 32 matçda 3 məhsuldar ötürmə edib.
29 yaşlı Bayi bu mövsüm “Marsel”ə qoşulub. O, bütün yarışlarda qol vurmadan 20 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin