“Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”
“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Fikir bildirmək çətindi. Hansı hesab qeydə alınsaydı, bu, növbəti mərhələyə kimin adlayacağına zəmanət verməyəcəkdi. Öz evimizdə oyunumuz var. Qələbə qazanmağa çalışacağıq. Çətin olacaq, bilirəm. Bu gün komandam yaxşı oyun göstərdi. Əfsuslar olsun ki, bu yaxşı oyun qışdan sonra yarandı. Əvvəl də belə oyanasaydıq, indi kuboku düşünmürdük.
- “Qəbələ” ilə oyundan sonra bəzi futbolçularla yollarınızı ayıracağınızı dediz. Narahat deyilsiz ki, bu, futbolçulara pis təsir edər?
- Xeyr. Futbol həyatıdı. Kimlərsə gedir, kimlərsə qalır. Bu futbolçunun özü üçün də yaxşıdı, bizim üçün də. “Qəbələ” ilə oyun göstərdi ki, kimlər nələrə qadirdi. Ardıcıl “Qəbələ” və “Qarabağ”la oynamaq, məşqçi üçün də yaxşıdı ki, görür kimlərlə yola davam etmək olar, kimlə olmaz.
- Mərhələni keçsəz, 5 min manat mükafat alacağınıza dair iddialar yayılıb. Bu, nə dərəcə doğrudu?
- Siz daha yaxşı bilərsiz. Mənim bu haqda məlumatım yoxdu.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin