“Real”ın futbolçusu rəqibini yumruqladı – Oyundan sonra

“Real” İspaniya La Liqasının 28-ci turunda “Vilyarreal”a uduzub (2:3).

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, matçdan sonra “kral klubu”nun futbolçusu Federiko Valverde “Vilyarreal”ın oyunçusu Aleks Baenanın sifətinə zərbələr endirib.

Uruqvaylı oyunçu qarşılaşma bitdikdən sonra öncə qonaqların avtobusunun yanında Baenanı gözləyib. Valverdenin hərəkəti qələbəni bayram edən “Vilyarreal”ın oyunçularını təəccübləndirib.

“Kral klubu” hazırda İspaniya çempionatının turnir cədvəlində 59 xalla ikinci, “Vilyarreal” isə 47 xalla beşincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button