“Əvəzetmələri düzgün və zamanında etdik”- Daliç
Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunun Türkiyə ilə oyunundan sonra (2:0) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunçuları haqda danışıb:
“Əvəzetmələri düzgün və zamanında etdik. Futbolçularım yaxşı oynadı. Josip Stanişiç və Borna Barişiç nəyə qadir olduqlarını göstərdilər. Mario Paşaliç özünü yaxşı tərəfdən göstərdi”.
Xorvatiya millisi hazırda D qrupunda 4 xalla ikinci, Türkiyə isə 3 xalla üçüncüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin