Əsgərovun komandası yenə məğlubiyyətə üzüldü
Futbol üzrə Latviya çempionatında 11-ci turun oyunları keçirilib
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv səfərdə “Auda” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
“Super Nova” 11 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin