Əsgərovun komandası “Riqa” ilə bacarmadı
Futbol üzrə Latviya çempionatında 3-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv səfərdə “Riqa” ilə qarşılaşıb. Əsgərovun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
“Super Nova” 3 turdan sonra 1 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin