Əsgərovun komandası liderlə bacarmadı
Futbol üzrə Latviya 1-ci liqasında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə lider “Lokomotiv” (Dauqavpils) ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan azərbaycanlı futbolçu 39-cu dəqiqədə sarı vərəqə alıb, 42-də isə əvəzlənib. Cari mövsümdə 3 qol vurmuş Əsgərov bu görüşdə fərqlənə bilməyib.
8 oyuna 14 xal toplamış “Super Nova” 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin