Əsgərovun komandası kubokda mərhələ adladı
Futbol üzrə Latviya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da bu turnirdə ilk matçını keçirib.
Sözügedən komanda “Salaspils”lə qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda qapılara daha üç qol vurulub. Yekunda 3:2 hesablı qələbə qazanan “Super Nova” 1/16 finala yüksəlib.
Vüqar bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin