Əsgərovun komandası ilk xalını qazandı
Futbol üzrə Latviya çempionatında 2-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Auda” ilə qarşılaşıb. Mövsümün ilk matçından məğlub ayrılan futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.
“Super Nova” iki turdan sonra 1 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin