
Əsgərovsuz “Dauqavpils” darmadağına üzüldü
Futbol üzrə Latviya çempionatında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti oyununa çıxıb.
Sözügedən kollektiv səfərdə “Valmiera” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Millimizin sabiq forvardı bu oyunun iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Vüqarın adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
8 turdan sonra 9 xalı olan “Dauqavpils” 10 kollektiv arasında 6-cıdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin