Əsgərovla Bayramlı 90 dəqiqə oynadı, “Dauqavpils”…
Futbol üzrə Latviya çempionatında 9-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Yelqava” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Azərbaycanlı futbolçulardan ikisi – Vüqarla Tural da bu matçın iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıblar və sonadək mübarizə aparıblar. Elvinin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Bu mövsüm vurduğu 5 qolla Latviya çempionatının bombardiri olan Əsgərov bu dəfə fərqlənə bilməyib.
“Dauqavpils” hazırda 10 xalla 9 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin