
Əsgərov üçün 61 dəqiqə və 1 xal
Futbol üzrə Latviya çempionatında 22-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Yelqava” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
“Liepaya” hazırda 25 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin