“Əsas hədəfimiz yığmanın heyətini formalaşdırmaqdır”
Azərbaycanın U-21 milli komandasının baş məşqçisi Samir Əliyev bu gün Bakıda Moldova yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Yeni formalaşan komandayıq, ilk dəfə beynəlxalq səviyyəli oyun keçirdik. Əsas hədəfimiz qısa müddətdə U-21-in heyətini formalaşdırmaqdır. Moldova yığmasına qarşı oyun bizim üçün çox faydalı oldu. Rəqib çox yaxşı təşkilatlanmış, nizam-intizamı yüksək olan komanda idi. Xüsusən müdəfiə xəttində daha diqqətli və intizamlı oynayırdı. Bu cür rəqiblə oyunda müdəfiə xəttini yarmaq çətindir. Buna baxmayaraq, 90 dəqiqə ərzində bir neçə qol imkanı yaratdıq. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik”.
Bizi Facebook-da izləyin