“Əsas hədəfimiz Avroliqaya qatılmaqdı” – Samir Abasov
“Zirə”nin baş məşqçisi Samir Abasov futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, səfərdə 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
– Əsas odu ki, birinci hissədə oynadığımız oyunu 90 dəqiqəyə yayaq. Görəcəyimiz işlər var. Hər şey yaxşılığa doğru gedir. Birinci hissə bu günə kimi oynadığımız oyunların ən yaxşılarından idi. İkinci hissədə bir az komanda “panika” yaşadı. Ancaq bu vəziyyətdən çıxa bildik.
– Uzun müddət idi ki, “Zirə” sonuncu pillədə idi. Bu gün “zirzəmi”dən qurtulduz. Üstünlüyü kuboka verəcəksiz, ya çempionata?
– Kuboka xeyli vaxt var. Sonuncu pillədə olmağımıza baxmayaraq, hədəfimiz Avroliqaya düşməkdi. Komandamız sonuncu pillədə olmağa layiq deyil. Əsas hədəfimiz Avroliqaya qatılmaqdı.
– Samir Abasovlu “Zirə” layihəsi nədi?
– “Zirə”nin baş məşqçisiyəm. Burda imkanlarım daha çoxdu. Əvvəlki oyunlarda 3 yerli futbolçu, 2 legioner zədəli olanda bilmirdik nə edək. Ancaq indi ehtiyatda əlavə futbolçularımız var.
– 8 komandadan hansı son pilləyə layiqdi?
– Bunu siz seçin. Mən deyə bilmərəm. Elə komandalar var ki, real gücünə görə nələrsə deyir, bəziləri də bəlkə də, aldadır. Nə yatıblar ki, nə yuxu görüblər? Yeni çıxan komandalarımız da var. “Zirə” yaranandan ancaq üst pillələrdə olub.
– Nə yatıblar ki, nə yuxu görüblər? dediz. Bunu “Sabah”a aid edirsizmi?
– “Sabah” yeni yaranıb. Onlara bir şey demirəm. Sadəcə, yeni yaranan komandalar var. Heç 3-cü yeri görməyiblər. “Sabah” bizi udub, bununla öyünə də bilər.
– 64-cü dəqiqədə az qala Sadio Tounkaranı döyəcəkdiz. Ona nə üçün əsəbləşmişdiz?
– Belə şeylər olur.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin