
Ərəblər transferlərə 20 milyard avro ayırıb!
Səudiyyə Ərəbistanı hökumətinin 2030-cu ilə qədər transferlərə xərcləyə biləcəyi məbləğ açıqlanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı idman nazirliyi 2030-cu ilə qədər yerli klublara transferlər üçün 17 milyard funt sterlinq (19.7 milyard avro) ayırıb.
Məlumatda bildirilir ki, “Əl-Hilal” klubu Kilian Mbappe üçün PSJ-yə 300 milyon avro təklif edib. Fransalı hücumçunun Səudiyyə Ərəbistanı klubunda 700 milyon avro məvacib ala biləcəyi vurğulanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin