Ərəblər millinin “sükan”ını portuqaliyalıya tapşırdı

Portuqaliyalı məşqçi Paulu Bentunun yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirlikləri millisinə rəhbərlik edəcək. Bu barədə ölkənin futbol assosiasiyası məlumat yayıb.

Onun müqaviləsinin müddəti 2026-cı ilədək qüvvədə olacaq. Bentudan yığma komandanın DÇ-2026-ya vəsiqə qazanması tələb olunur.

Bentu son olaraq Cənubi Koreya millisinin “sükanı arxasında” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button