Ərəblər dayanmaq bilmir – “Real”ın maraqlandığı hücumçunu istəyirlər
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Lill”in 23 yaşlı hücumçusu Conatan Devidlə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu gənc futbolçu üçün 60 milyon avro istəyir.
Klublar arasında danışıqlar aktiv mərhələdədir.
23 yaşlı Devid ötən mövsüm “Lill”in heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 26 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin iyununa qədərdir.
Bundan əvvəl xarici mətbuatda Devidlə “Real”ın və İngiltərə Premyer Liqasının bir neçə klubunun maraqlanması ilə bağlı xəbərlər yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin