
Ərəblər Buffona vaxt verib
Səudiyyə Ərəbistanı klublarından biri “Parma”nın qapıçısı Canluici Buffonu transfer etmək istəyir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qolkiperə 2 illik müqavilə və mövsümlük 30 milyon avro maaş təklif edilib. Düşünmək üçün italiyalı qapıçıya vaxt da verilib.
Buffon 2022/23 mövsümündə “Parma”nın heyətində 19 oyuna çıxıb, 5 dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin