“Napoli”yə keçə bilər – Ərəblərə “yox” deyən futbolçu

“Kristal Pelas”dan ayrılan hücumçu Vilfrid Zaha yeni kluba keçə bilər.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, onun “Napoli”yə keçmək ehtimalı var.

Fil Dişi Sahilindən olan 30 yaşlı futbolçu “Əl-Nəsr”in təklifini qəbul etməyib. “Qalatasaray” da onunla maraqlanır.

Zaha 2022/23 mövsümündə İngiltərə təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 28 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Zahanın Premyer Liqa klubu ilə müqaviləsi başa çatıb. O, hazırda işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button