Ərəbistandan göndərildi – Azərbaycan millisinə gəlir?
Səudiyyə Ərəbistanının“Əl-Feyha” klubu baş məşqçisi Slavolyub Muslinlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Muslinin göndərilməsinə səbəb, komandanın son oyunlardakı uğrusuz çıxışı olub. 65 yaxşlı mütəxəssis 2018-ci ilin oktyabrından “Əl-Feyha”nı çalışdırırdı.
Karyerası ərzində “Bordo”, “Lokomotiv” (Moskva), “Standard” (Lyej, Belçika), “Krasnodar” kimi klublarda çalışan Muslin, 2016-cı ilin mayından 2017-ci ilin oktyabrına qədər Serbiya millisinə başçılıq edib. O, Serbiya millisiylə DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmasına baxmayaraq, baş məşqçi postundan göndərilmişdi.
Muslinin adı hazırda baş məşqçi postu boş olan Azərbaycan millisiylə də hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin